İtaliya A seriyasının XI turunda "Empoli"ni qəbul edən "Napoli" böyükhesablı (5:1) qələbə qazanıb. Matç.az saytı xəbər verir ki, bu görüşdə het-trik edən neapolluların hücumçusu Dris Mertens tarixə düşüb.

Bununla Mertens A seriyasında ən ən çox qol vuran belçikalı futbolçu ünvanına sahib olub. Onun aktivində 73 top var.

"Napoli"nin forvardı "Kalyari", "Fiorentina" və "Bolonya"da ümumilikdə 72 dəfə fərqlənmiş həmyerlisi Luis Oliveyranı qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest