FİFA ilin ən yaxşı futbolçusu adına son üç namizədi açıqlayıb. Yekun siyahıda gözlənilən "3-lük" qərarlaşıb. Belə ki, ilin ən yaxşısı adına "Barselona"nın kapitanı Lionel Messi, "Yuventus"un hücumçusu Kriştianu Ronaldo və "Liverpul"un müdafiəçisi Vircil van Deyk iddia edir.

FİFA ilin ən yaxşı futbolçusu adına son üç namizədi açıqlayıb. Matc.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, yekun siyahıda gözlənilən "3-lük" qərarlaşıb.

Belə ki, ilin ən yaxşısı adına "Barselona"nın kapitanı Lionel Messi, "Yuventus"un hücumçusu Kriştianu Ronaldo və "Liverpul"un müdafiəçisi Vircil van Deyk iddia edir.

Bundan başqa, ən yaxşı baş məşqçi adına namizədlər və digər nominasiyanın iddiaçıları da bəllidi.

 

Nominasiyalar üzrə namizədlər bunlardı:

Ən yaxşı kişi futbolçu

Kriştianu Ronaldo (Portuqaliya) - "Yuventus"

Lionel Messi (Argentina) – "Barselona"

Vircil van Deyk (Hollandiya) - "Liverpul"

 

Ən yaxşı qadın futbolçu

Lusi Bronz (İngiltərə) – "Lion"

Aleks Morqan (ABŞ) – "Orlando Pride"

Meqan Rapinoe (ABŞ) – "Reyqn"

 

Ən yaxşı kişi məşqçisi

Pep Qvardiola (İspaniya) – "Mançester Siti"

Yurgen Klopp (Almaniya) – "Liverpul"

Mauritsio Poçettino (Argentina) – "Tottenhem"

 

Ən yaxşı qadın məşqçisi

Jill Ellis (ABŞ) – ABŞ millisi

Fil Nevill (İngiltərə) – İngiltərə millisi millisi

Sarina Viqman (Hollandiya) – Hollandiya millisi

 

Ən yaxşı kişi qapıçısı

Alisson (Braziliya) - "Liverpul"

Ederson (Braziliya) – "Mançester Siti"

Mark-Andre ter Ştegen (Almaniya) – "Barselona"

 

Ən yaxşı qadın qapıçısı

Kristiane Endler (çili) – PSJ

Hedviq Lindal (İsveç) – "çelsi" / "Volfsburq"

Sari van Venendal (Hollandiya) – "Arsenal" / "Atletiko"

 

"Ferens Puşkaş" mükafatı

Lionel Messi (Argentina). "Betis" - "Barselona" oyunu (17 mart 2019)

Xuan Fernando Kintero (Kolumbiya). "River Pleyt" - "Rasinq" oyunu (10 fevral 2019)

Daniel Zori (Macarıstan) - "Debretsen" - "Ferensvaroş" oyunu (16 fevral 2019)

 

Qeyd edək ki, qalibləri FIFA əfsanələrinin münsiflər heyəti müəyyən edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest