"Beqoviç yeni bir klub tapıb. Eşitdiyimə görə, "Qarabağ"a keçib. Əlbəttə, buna görə çox sevinirəm. Çünki artıq oynamaq vaxtıdı. Milli komandada olmaq üçün oynamalısan"

Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin "Qarabağ"a keçidini şərh edib. Matc.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq çalışdırıcısı rəhbərliyi altında çıxış edən təcrübəli qolkiperin keçidi ilə bağlı bunları söyləyib:
 
"Beqoviç yeni bir klub tapıb. Eşitdiyimə görə, "Qarabağ"a keçib. Əlbəttə, buna görə çox sevinirəm. çünki artıq oynamaq vaxtıdı. Milli komandada olmaq üçün oynamalısan".
 
"Qarabağ" Asmir Beqoviçi İngiltərənin "Bornmut" klubundan bu ilin sonuna kimi icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest