Madrid "Real"ının qapıçısı Keylor Navasın Fransa çempionu PSJ-yə keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı kosta rikalı qolkiperlə 4 illik müqavilə imzalanıb.
 
Fransa mətbuatı bu transfer üçün Paris təmsilçisinin 15 milyon avro təzminat ödəyəcəyini yazıb.
 
PSJ öz qapıçısı Alfons Areolanı isə Madrid klubuna bir mövsümlük icarəyə göndərdiyini açıqlayıb.
 
Qeyd edək ki, Navas 2014-cü ildən "Real"da oynayırdı. Kosta Rika yığmasının üzvü daha öncə "Saprissa", "Albasete", "Levante" klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest