Ukraynanın "Şaxtyor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Donetsk təmsilçisi Almaniyanın "Şalke" klubunun futbolçusu Yevgeni Konoplyankanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
Konoplyanka 2017-ci ildən oynadığı Almaniya təmsilçisində 78 matçda 13 qol vurub. "Dnepr"in yetirməsi olan vinger bir müddət İspaniyanın "Sevilya" klubunda da çıxış edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest