İtaliyanın "Roma" klubu Nikola Kaliniçlə Henrix Mxitaryanın transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Kaliniçi Madrid "Atletiko"sundan, Mxitaryanı isə London "Arsenal"ından 1 illik icarəyə götürüb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Artıq rəsmi müqaviləyə imza atan xorvatiyalı hücumçu yeni komandasında 19, erməni yarımmüdafiəçi isə 77 nömrəli formanı geyinəcək.
 
"Roma" bu transferlərlə yanaşı, öz hücumçusu Patrik Şiki də Almaniyanın "Leyptsiq" klubuna icarərə göndərib. Bunu da "canavarlar"ın mətbuat xidməti açıqlayıb. çexiyalı forvard 1 illik icarəyə verilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest