"Səbail"in ulduz futbolçusu Maykl Essyen "Play Station"da yeni istifadəyə veriləcək FIFA-2020-də yer alacaq. Qanalı yarımmüdafiəçi əfsanələr sırasında qərarlaşacaq. FIFA-2020 həvəskarlarının "Ultimate Team"də komandasına Essyen də düşə bilər.

"Səbail"in ulduz futbolçusu Maykl Essyen "Play Station"da yeni istifadəyə veriləcək FIFA-2020-də yer alacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, qanalı yarımmüdafiəçi əfsanələr sırasında qərarlaşacaq.

Belə ki, FIFA-2020 həvəskarlarının "Ultimate Team"də komandasına Essyen də düşə bilər. Onunla yanaşı, Zinəddin Zidan və Didye Droqba da əfsanələr arasında olacaq. Oyunda Essyenin tam gücü açıqlanmasa da, 86-88 arası olması gözlənilir.

Qeyd edək ki, Maykl Essyen ötən ildən "Səbail"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest