2005-ci il təvəllüdlü futbolçular arasında seleksiya aparmaq məqsədi ilə yoxlama oyunu keçirilib. Matc.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyunda ümumilikdə 40 futbolçu iştirak edib.

Seleksiya işləri intensiv şəkildə davam etdiriləcək və seçiləcək futbolçuların iştirakı ilə sentyabrın 10-dan 15-dək təlim-məşq toplanışı təşkil olunacaq.

Həmçinin 2004-cü il təvəllüdlü futboçuların da iştirakı ilə yoxlama oyunu olub. Seçilən futbolçular sentyabrın 15-dən 20-dək təlim-məşq toplanışına çağırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest