AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun II turundakı oyunlar müzakirə edilib. "Sumqayıt-2" - "Neftçi-2" görüşündə əvəzetmə zamanı birincilərin protokolda adı olmayan futbolçusu meydana çıxıb.

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun II turundakı oyunlar müzakirə edilib. Matc.az saytının məlumatına görə, növbəti maraqlı cəzalar tətbiq edilib.

"Sumqayıt-2" – "Neftçi-2" görüşündə əvəzetmə zamanı birincilərin protokolda adı olmayan futbolçusu meydana çıxdığından, komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimələnib.

"Səbail-2"nin nümayəndəsinin "Ağsu" ilə oyunöncəsi iclasda iştirak etməməsi bakılılara 80 manatlıq cərimə bahasına başa gəlib.

"Qarabağ-2" – "Zaqatala" qarşılaşmasında birincilər oyunun protokolunu vaxtında tərtib etmədiyindən, 80 manatlıq cərimələnib. Həmçinin "Qarabağ-2" AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) daha 80 manatlıq cəriməyə məruz qalıb. Ağdam təmsilçisi PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə, 80 manat da cərimə olunub. Oyunöncəsi iclasda polis nümayəndəsi gecikdiyindən, meydan sahibi klub daha 40 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest