"Almeriya"nın müdafiəçisi Mateu Peybernesin karyerasını Azərbaycanda davam etdirmək şansı yaranıb. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 29 yaşlı futbolçu "Qarabağ"ın maraq dairəsində olub.

Fransalı mərkəz müdafiəçisi transfer dönəminin son günündə iki klubdan təklif alıb. Belə ki, o, "Qarabağ" və İspaniyanın Sequnda təmsilçisi "Luqo" arasında seçim etməli olub. Peybernes Avropa Liqasının qrup mərhələsində iştirak imkanından imtina edərək, İspaniyada qalmağı üstün tutub. Nəticədə "Luqo" onu 1 illik icarəyə götürüb.

Qeyd edək ki, "Almeriya" Mateu Peybernesi bu yay "Loryen"dən transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest