"Xetafe" heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "çelsi"nin yarımmüdafiəçisi Kenedi ilə "Valensiya"nın vingeri Ceyson Remeseyronu heyətinə cəlb edib.

Hər iki futbolçu 1 illik icarəyə götürülüb. "Fluminense"nin yetirməsi olan Kenedi "çelsi"yə 2015-ci ildə transfer olunub. Amma London klubunda çox az forma şansı əldə edən 23 yaşlı braziliyalı futbolçu "Uotford" və "Nyukasl"da icarədə oynayıb.

"Levante"nin yetirməsi olan Remeseyro isə "Valensiya"ya bu il transfer olunub. 25 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Vilyarreal"ın B komandasında, "Albasete"də icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest