Danimarkanın "Kopenhagen" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub bu ölkənin yığma komandasının üzvü Niklas Bendtneri transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2019-cu ilin sonunadək müqavilə imzalanıb. 31 yaşlı futbolçu yeni komandasına azad agent kimi keçib.
 
Danimarka yığmasında 80-dən çox oyun keçirən Bendtner karyerasında ilk dəfə öz ölkəsinin çempionatında oynayacaq. London "Arsenal"ının yetirməsi olan hücumçu, karyerası ərzində "Birmingem Siti", "Sanderlend", "Yuventus", "Volfsburq", "Nottingem Forest" kimi klublarda çıxış edib. 2017-ci ildən isə o, Norveç "Rusenborq"unda forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest