Braziliyanın "Palmeyras" klubu baş məşqçisi Luis Felipe Skolari ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
70 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib. "Palmeyras" Braziliya A Seriyasında son 4 oyunda 3 dəfə heç-heçə edib, 1 dəfə də məğlub olub.
 
2018-ci ildə "Palmeyras"a baş məşqçi təyin olunan Skolarinin müqaviləsi 2020-ci ilin yayına qədər idi. "Palmeyras" Skolarinin rəhbərliyi ilə ötən mövsümdə Braziliya çempionatının qalibi olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest