Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Jan-Kevin Auqustini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu satınalma şərti ilə Almaniyanın "Leyptsiq" klubundan 1 illik icarəyə götürülüb.
 
PSJ-nin yetirməsi olan Auqustin Bundesliqa klubuna 2017-ci ildə transfer olunub. Geridə qalan iki mövsüm ərzində "Leyptsiq"də 67 oyuna çıxan fransalı forvard, 20 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest