"Joe": "İstanbul derbiləri heç vaxt səssiz bitmir"
"Sport MediaSet": "90 dəqiqənin ardından aləm qarışdı, derbi dava-dalaşla tamamlandı".

Türkiyə Superliqasının XI turu çərçivəsində keçirilən "Qalatasaray" – "Fənərbaxça" (2:2) görüşü bütün dünyanın diqqətini çəkib. Matç.az saytı xəbər verir ki, təkcə Türkiyə yox, Avropa mətbuatı da qalmaqallı derbiyə münasibət bildirib.

Saytlarda derbi ilə bağlı yazılan bəzi maraqlı fikirləri diqqətinizə çatdırırıq...

"Daily Mail": İstanbul derbisi qalmaqallarla xaosun içində yox oldu. Jailsonun silləsi ilə başlayan gərginlik 3 qırmızı vərəqə ilə bitdi".

BBC: "Futbolçular və baş məşqçilərin qarışdığı 30 nəfərlik davanın ardından 3 futbolçu qırmızı vərəqə aldı".

"The Sun": "Sonsuz derbi kimi adlandırılan "Qalatasaray" – "Fənərbaxça" matçı sonsuz pisliklə başa çatdı".

"Bild": "İstanbul derbisi vəhşi dava ilə bitdi. Qarşılaşmanın sonunda bir nəfərin arxası ilə qaçan futbolçularla ovlanma görüntüləri və 3 qırmızı vərəqə var idi".

"L'equipe": "Fənərbaxça"nın gözlənilmədən heç-heçə etdiyi derbinin atəşi oyunsonrası dava ilə söndü".

"A Bola": "Tabloda bərabərlik var idi. Ancaq əsas diqqətçəkən məqam matç başa çatdıqdan sonra futbolçuların dava üçün paltardəyişmə otağına tərəf qaçmaları oldu".

"Joe": "İstanbul derbiləri heç vaxt səssiz bitmir"

"Sport MediaSet": "90 dəqiqənin ardından aləm qarışdı, derbi dava-dalaşla tamamlandı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest