İngiltərənin "çelsi" klubu daha iki futbolçusunu icarəyə göndərib. Matc.az xəbər verir ki, London təmsilçisi qapıçısı Camal Blekmeni Hollandiyanın "Vitess" klubuna icarəyə verib.
 
"çelsi" akademiyasının yetirməsi olan 25 yaşlı ingilis qolkiper London klubunun əsas komandasında heç vaxt oynamayıb. Əvəzində o, "Middlsbro", "östersun", "Uikomb", "Şeffild Yunayted" və "Lids" klublarında icarədə oynayıb.
 
Hücumçu Lukas Pyazon isə Portuqaliyanın "Rio Ave" klubuna icarəyə göndərilib. 25 yaşlı braziliyalı futbolçu 2013-cü ildən etibarən "Malaqa", "Vitess", "Frankfurt", "Ridinq" və "Kyevo" klublarında icarədə olub. İcarəyə göndərilməzdən öncə "çelsi" Pyazonla müqavilənin müddətini də bir illik uzadıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest