Baş məşqçi axtarışlarını davam etdirən "Real" daha bir mütəxəssisə "elçi düşüb". Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" indi də Leonardo Yardimin xidmətində maraqlıdı.

Antonio Konte ilə anlaşa bilməyən madridlilərin prezidenti Florentino Peres indi də portuqaliyalını "Santyaqo Bernabeu"ya aparmağı planlaşdırır. "Monako"nun sabiq çalışdırıcısı ilə danışıqlara artıq start verilib. 44 yaşlı məşqçi hazırda "Real"ın "sükanı arxası"na keçməyə ən real namizəd sayılır.

Qeyd edək ki, Xulen Lopeteqi ilə yollarını ayıran "Real"a müvəqqəti olaraq Santyaqo Solari rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest