Avropada transfer dönəmi başa çatsa da, bəzi klublar indidən gələn yayın planlarını cızmağa başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus"un gündəmindəki 3 futbolçu artıq bəllidi.

"Qoca sinyora" "Mançester Yunayted"in birdən-birə 3 oyunçusuna "elçi düşüb". Bunlar qapıçı David De Xea, müdafiəçi Erik Bayi və yarımmüdafiəçi Nemanya Matiçdi. Turin təmsilçisi adıçəkilən oyunçuları heyətinə havayı qatmağı planlaşdırır. çünki hər üçünün "qırmızı şeytanlar"la müqavilə müddəti mövsümün sonuna qədərdi.

İtaliya çempionu artıq yanvarda onlarla ilkin razılıq əldə etməyə çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest