2005-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına yığışacaq. Matc.az xəbər verir ki, 15 komandamız sentyabrın 10-dan 15-dək Bakıda seleksiya xarakterli toplanışı keçəcək.

Hazırlığa 28 oyunçu dəvət edilib. çağırılanlar əsasən Premyer Liqa klublarının yetirmələridi.

U-15-in heyəti: Tamirlan Məmmədov, Hacıəli Şirəliyev, Təhmasib Həmidli (hamısı "Səbail"), Məmməd Muradov, Murad Musayev, Sənan Kərimov, Ravil Qafarov, Okan Təhmazli, Eşqin Əhmədov, Şahin Şahniyarov, Sənan Ağalarov (hamısı "Qəbələ"), Nihad Abbasov, İbrahim Ağayarov, Cavid Məmmədli (hamısı "Qarabağ"), Emil Həbibov, Firuddin Qasımov, Fəhri Məmədli, Sabuhi Qurbanov (hamısı "Sabah"), ömər Qurbanov, İbrahim Yusifov, Rüfət Abassov, İsmayıl Ismayılov (hamısı "Neftçi"), Sənan Hüseynov, İbrahim Nağıyev, Kənan Cavadlı (hamısı "Sumqayıt"), Emin Hüseyinzadə ("Binə"), Vüqar Əlizadə ("Ağsu"), Tuncay Yusifli ("Turan Tovuz").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest