"Transfer pəncərəsi" bağlanmasına baxmayaraq, "Sumqayıt" daha bir futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Rusiya gənclər millisinin sabiq müdafiəçisi Cəmaləddin Xocaniyazov "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb.

"Transfer pəncərəsi" bağlanmasına baxmayaraq, "Sumqayıt" daha bir futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Matc.az saytı xəbər verir ki, Rusiya gənclər millisinin sabiq müdafiəçisi Cəmaləddin Xocaniyazov "gənclik şəhəri" təmsilçisi ilə anlaşıb.

23 yaşlı mərkəz müdafiəçisinin ölkəmizə gəlməsində heç bir maneə qalmayıb. çünki Xocaniyazov klubu BATE ilə yollarını ayırıb. Artıq azad agent statusu daşıyan Türkmənistan əsilli oyunçu tezliklə "Sumqayıt"la münasibətləri rəsmiləşdirəcək.

Məhz bu keçidə görə, Belarus təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Astana" ilə görüşlərdə gənc oyunçunu sifariş etməmişdi. Onun portreti isə "Borisov Arena"dan da çıxarılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest