Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq 21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının heyətində dəyişiklik edilib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Adam Brenkus komandadan uzaqlaşdırılıb.

Buna səbəb "Rujomberok"un yarımmüdafiəçisinin səhhətində problem yaşamasıdı. Baş məşqçi Adrian Qula onun əvəzinə "Nitra"nın oyunçusu Marian çobota dəvət göndərib. Halbuki zədədən yenicə qayıdan çobot bunu gözləmirmiş.

20 yaşlı futbolçu ilk dəfə U-21-in heyətində meydana çıxmaq şansı yaxalayıb: "Dəvəti gözləmirdim. Toplanışdan əvvəl baş məşqçi ilə söhbətim oldu, qırılan qolum yeni sağaldığı üçün risk etmək istəmədiyimi bildirdim. Ancaq ötən həftəsonu çempionat matçında 90 dəqiqə meydanda oldum. Qula da zəng vuraraq, hazır olduğumu söylədi və yığmaya çağırdı".

çobot Bakıda onları çətin oyun gözlədiyini deyib: "Ağır duel olacaq. Məşqçilər bizi matça hazırlaşdırırlar. Bacaracağımıza və Bakıdan 3 xalla ayrılacağımıza inanırıq".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya görüşü saat 20:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest