"Liverpul"un əfsanəvi futbolçusu Maykl Ouen İngiltərə millisindəki sabiq baş məşqçisi Fabio Kapello barədə danışıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ötənlərin məşhur hücumçusu italiyalı mütəxəssisi tənqid edib.

O, milli karyerasını başa vurduğu üçün məhz Kapellonu günahlandırıb: "Kapello milli komandadakı karyeramın başa çatmasının səbəbkarı idi. Amma bu, onu zibil məşqçi hesab etməyimin əsas səbəbi deyildi. Millidə onun rəhbərliyi altında diqqətimizi çəkən ilk şey yeməkdə çox sərt olması, ikincisi isə ingilis dilində heç bir söz bilməməsi idi. Hamımız bir-birimizə baxırdıq ki, bu bizə istəklərini necə izah edəcək. Federasiyanın nəyə görə ingilis dilini bilməyən birini baş məşqçi postuna gətirməsini başa düşə bilmirəm. Yeni gəldiyi üçün nəyisə dəyişməli idi. Dəyişikliyi məni ehtiyata atmaqla etdi. Beynəlxalq karyeramı heç nə izah etmədən kəsdi. Kapello həm mənim, həm də digər ingiltərəli futbolçuların karyerasına fəlakətli dərəcədə ziyan vurdu. Bunun qarşılığında isə yaxşı pul qazandı".

Qeyd edək ki, Fabio Kapello 2008-2012-ci illərdə İngiltərə yığmasını çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest