PSJ-nin yarımmüdafiəçisi Marko Verratti klubu tərəfindən cəzalandırılıb. Matç.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Bildirilib ki, o, oktyabrın 30-dan 31-nə keçən gecə Fransanın paytaxtı Parisdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Qanında olan spirtin səviyyəsi normadan çox olan 26 yaşlı orta sahə oyunçusu evə buraxılsa da, onun sürücülük hüququndan məhrum edilməsi gözlənilir.

Verratti məşqçilər korpusu və klub rəhbərliyindən üzr istəyib. Müqavilədə yer alan bəndə uyğun olaraq düzgün qidalanmaya əməl etməyən və intizamsız davranışa yol verən futbolçu klub tərəfindən cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest