Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, "Neftçi"nin formasını geyinən qolkiper bu gün Kardiffdə baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bizi çətin oyun gözləyir. Rəqibin təqdimata ehtiyacı yoxdu. Bakıya müsbət nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Yığmada heç bir psixoloji gərginlik yoxdu. Oyuna tam hazırıq".
 
Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest