Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Matc.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. 
 
Yığmamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurub.
 
Bu komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest