"Milan"ın yarımmüdafiəçisi Hakan çalhanoğlu Almaniyaya qayıda bilər. Matç.az saytının "Tuttosport"a istinadən məlumatına görə, Bundesliqanın 2 klubu ulduz futbolçunun xidmətində maraqlıdı.

Bunlar "Leypsiq" və "Ayntraxt"dı. "Flamenqo"dan Lukas Paketanı 35 milyon avroya transfer etməyə yaxın olan "Milan" ona əsas heyətdə yer tapmaq üçün çalhanoğludan imtina etməyə hazırdı. Almaniya klubları isə onu yanvarda transfer etmək niyyətindədilər.

Qeyd edək ki, Hakan çalhanoğlu "Milan"a ötən il 21 milyon avro müqabilində "Bayer"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest