Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə yığmada debüt edib. Matc.az xəbər verir ki, gənc müdafiəçi Aç-2020-nin seçmə mərhələsinin Uelslə görüşündə start heyətində yer alıb.
 
E qrupunun V turunun qarşılaşması B.Mustafazadə üçün əvvəllər də dəvət aldığı komandada ilk oyundur. O, meydana çıxmaqla millinin tarixinə 232-ci futbolçu kimi düşüb.
 
Buna qədər 231 oyunçu yığmanın heyətində rəsmi görüşlərdə iştirak edib. Söhbət seçmə və yoldaşlıq görüşlərindən gedir.
 
Qeyd edək ki, bu gün Kardiffdə keçirilən matçda daha üç futbolçu debüt edə bilər. Bunlar indiyədək yığmada heç bir oyuna çıxmayan Emil Balayev, ömər Buludov və Şahrudin Məhəmmədliyevdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest