"Slovakiya ilə oyun əsas ola bilər. Amma Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq"

Xorvatiya millisinin futbolçusu İvan Perişiç AVRO-2020-nin seçmə mərhələsində Slovakiyanı səfərdə məğlub etdikləri görüşü (4:0) şərh edib. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu hər oyunda etdikləri hücumda qol şansı yarada bildiklərini söyləyib: "Düşünürəm ki, bu gün Rusiyadakı dünya çempionatındakı hər matçdan daha yaxşı oynadıq".

Almaniya "Bavariya"sında çıxış edən Poyunçu yığmaya cəlb olunan gənc futbolçulara kömək etməli olduqlarını vurğulayıb. Slovakiya ilə qarşılaşmada qollardan birinin müəllifi olan Perişiç sentyabrın 9-da qarşılaşacaqları Azərbaycanla matçın vacibliyinə də toxunub: "Slovakiya ilə oyun əsas ola bilər. Amma Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest