" Biz bəzən əlacsız qaldıq. Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik"

Uels millisinin futbolçusu Qaret Beyl Azərbaycanı məğlub etdikləri (2:1) "AVRO-2020"nin seçmə mərhələ oyunu ilə bağlı danışıb. Matc.az xəbər verir ki, 30 yaşlı hücumçu ilk yarıda yaxşı çıxış etmədiklərini deyib. "Real"ın futbolçusu xarakter göstərdiklərini sözlərinə əlavə edib:  "Azərbaycan oyunu çətinləşdirdi. Biz bəzən əlacsız qaldıq. Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest