"Atletik"in əfsanəvi futbolçusu Markel Susaeta komandasını dəyişib. Matc.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Yaponiyaya köçüb.

İspaniya millisinin sabiq üzvü "Qamba Osaka" klubu ilə anlaşıb. Yaponlar bu keçidi rəsmən açıqlasalar da, müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, karyerası ərzində yalnzı "Atletik"də çıxış edən Markel Susaeta 506 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest