CIES futbol qurumu Avropa klublarının transfer siyasəti ilə bağlı araşdırma aparıb. Matc.az saytının məlumatına görə, klublar hazırkı oyunçularına xərclədikləri məbləğlərə görə sıralanıb.

Bu baxımdan ilk pillədə "Mançester Siti" qərarlaşır. "Şəhərlilər" oyunçularına 1 milyarddan çox xərc çəkib. Bununla Premyer Liqa çempionu heyətindəki futbolçuların transferlərinə 1 milyard avrodan çox pul xərcləyən ilk klub olub.

 

İlk "10-luq" belədi:

1. "Mançester Siti" (İngiltərə) - 1.014 milyard avro

2. PSJ (Fransa) - 913 milyon

3. "Real" (İspaniya) - 902 milyon

4. "Mançester Yunayted" (İngiltərə) - 751 milyon

5. "Yuventus" (İtaliya) - 719 milyon

6. "Barselona" (İspaniya) - 697 milyon

7. "Liverpul" (İngiltərə) - 639 milyon

8. "çelsi" (İngiltərə) - 561 milyon

9. "Atletiko" (İspaniya) - 550 milyon

10. "Arsenal" (İngiltərə) - 498 milyon

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest