Son 10 ildə transferlərə ən çox pul xərcləyən klubların adları müəyyənləşib. Matc.az saytı xəbər verir ki, CIES futbol qurumu 2010-cu ildən bəri Avropa klublarının transfer bazarındakı fəaliyyətini araşdırıb.
Bu baxımdan liderlik "Mançester Siti"yə məxsusdu. "Şəhərlilər" 2010-cu ildən bəri heyətin gücləndirilməsi üçün 1 milyard 638 milyon avro xərc çəkib. İkinci sırada "Barselona" qərarlaşırsa, "çelsi" ilk "3-lüy"ü qapayır.
İlk "10-luq"da qərarlaşan komandalar bu müddətdə ümumilikdə 12 milyard avrodan çox xərcə düşüb.
Siyahı belədi:
1. "Mançester Siti" - 1.638 milyard avro
2. "Barselona" - 1.525 milyard
3. "çelsi" - 1.428 milyard
4. PSJ - 1.392 milyard
5. "Yuventus" - 1.272 milyard
6. "Mançester Yunayted" - 1.265 milyard
7. "Real" - 1.236 milyard
8. "Atletiko" - 1.110 milyard
9. "Liverpul" - 1.075 milyard
10. "İnter" - 968 milyon avro