"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen İspaniyaya köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Danimarka millisinin üzvü "Real"a transfer olunmaq üzrədi.

27 yaşlı orta sahə oyunçusu "kral klubu" ilə yanaşı, "Yuventus"un da maraq dairəsindədi. Ancaq "Real" bu mübarizədə favorit sayılır. Hətta tərəflər arasında danışıqlara start verildiyi də bildirilir. Eriksenin londonlularla müqavilə müddəti 2020-ci ilin yayına qədər olduğundan, ispanlar yanvar ayında onunla ilkin müqavilə imzalamağı planlaşdırır.

Ancaq "Tottenhem" də oyunçusunu qış fasiləsində sataraq, gəlir götürmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest