21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununa çıxıb. Matc.az saytının məlumatına görə, Milan Obradoviçin yetirmələri bu gün AVRO-2021-in seçmə mərhələsində 3-cü görüşünü keçirib.

Komandamız evdə Gürcüstanı qəbul edib. İlk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərindəki qələbənin (2:1) ardını gətirmək istəyirdi. Gürcüstan isə Bakıya qrup lideri kimi gəlmişdi.

İlk yarıda rəqibin təzyiqlərinə dözən millimiz yalnız əlavə olunan dəqiqələrdə hesabın açılmasına mane ola bilməyib. Fasilədən dərhal sonra isə komandamız azlıqda qalıb. Məhz bundan sonra daha rahat oynamağa başlayan gürcülər hesabı darmadağın həddinə çatdırıblar.

Qeyd edək ki, qrupumuzun bu gün keçirilən digər oyununda Lixtenşteynlə İsveçrə üz-üzə gəlib. Bu oyunda da qonaqlar darmadağınla qalib gəliblər - 5:0.

 

AVRO-2021-in seçmə mərhələsi
10 sentyabr

Azərbaycan - Gürcüstan 0:3
Qol: V.Arveladze, 45+3. İ.Buqridze, 73. G.Arabidze, 84.
Qırmızı vərəqə: H.Hacıyev, 49.
Hakimlər: Lauren Kopriva, Klod Ries, David Mateus Santos, Aleks Krueger (hamısı Lüksemburq)

Bakı. "Dalğa Arena" stadionu.

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 16. Doğukan öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier.
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı.
Baş məşqçi: Milan Obradoviç.

Gürcüstan: 12. Luka Quqeşaşvili, 2. Nikolos Mali, 3. İlia Beriaşvili, 4. Luka Loxoşvili, 5. Davit Kobouri, 7. Georgi Arabidze (k), 8. Georgi Kutsia, 9. Nika Ninua, 11. Vato Arveladze, 14. Beka Kavtaradze, 18. Luka Silaqadze.
Ehtiyat oyunçular: 1. Georgi Mamardaşvili, 10. Georgi Koxreidze, 13. Nuqzar Spanderaşvili, 15. Aleksandr Andronikaşvili, 16. Laşa Uqrexelidze, 17. Paata Kiteişvili, 20. İrakli Buqridze, 21. Luka Lakvexeliani, 22. Revaz İnjgia.
Baş məşqçi: Georgi Tsetsazde.

 

1

Gürcüstan

2

2

0

0

7-0

6

2

İsveçrə

1

1

0

1

5-0

3

3

Lixtenşteyn

3

1

0

2

1-9

3

4

Azərbaycan

3

1

0

2

2-5

3

5

Fransa

0

0

0

0

0-0

0

6

Slovakiya

1

0

0

1

1-2

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest