10 Sentyabr 2019, 12:39
DİGƏR
Sentyabrın 18-dən 27-dək Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından matc.az saytına verilən məlumata görə, 105 ölkədən 734 idmançının (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış, həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnir olacaq.
çempionatda Azərbaycan yığmasının 3 üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı idmançılar körpücük üzərinə qadınların yarışında Səbinə Əzimova (55 kq) və Boyanka Kostova (59 kq), kişilərin yarışında isə Nailxan Nəbiyev (96 kq) çıxacaq.