"2016-cı ildən Azərbaycandayam. Burda ilk olaraq "Qəbələ"də çıxış etmişəm. İki dəfə çempionlar Liqasında oynamışam. Burdakı həyatımdan razıyam. Bakı əsl Avropa şəhəridi. Klubum isə Avropa Liqasının qrupuna düşüb".

Matc.az saytının məlumatına görə, bu sözlər "Qarabağ"ın yarımmüdafiəçisi Filipp Ozobiçə məxsusdu. ölkəsində Xorvatiya mətbuatına açıqlama verən orta sahə oyunçusu avrokubok oyunları zamanı tribunaların dolduğunu söyləyib: "Məsələn, "Arsenal"la Bakı Olimpiya Stadionundakı oyunumuza 70 min azarkeş gəlmişdi. Bu, bizim üçün xüsusi təcrübə idi. Ancaq 0:3 hesabı ilə məğlub olduq. Londonda isə daha yaxşı oynadıq və 0:1 hesabə ilə uduzduq".

Ozobiç "Qarabağ"dakı komanda yoldaşları barədə də müsbət fikirlər səsləndirib: "Komanda yoldaşlarım çox yaxşı futbolçulardı. Əlbəttə ki, onlar Xorvatiya çempionatında oynaya bilərlər. Xüsusən də, Riçard Almeyda və Mahir Emreli. Biz ardıcıl ikinci dəfə Avropa Liqasında qrupa düşdük. 2017-ci ildə "Qarabağ" çempionlar Liqasında iştirak edib və qrupda 2 xal toplayıb. Bu, yaxşı göstəricidi".

Ozobiç Azərbaycan millisini çalışdıran həmyerlisi Nikola Yurçeviçin onların oyununa müntəzəm gəldiyini əlavə edib: "Nikola Bakıda yaşayır və oyunlarımızı həmişə izləyir. ümumiyyətlə, çempionat matçlarını diqqətdə saxlayır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest