"Real"ın və Belçika millisinin qapıçısı Tibo Kurtuanın meneceri Kristof Henrotay saxlanılıb. Matc.az xəbər verir ki, Henrotay Monako şəhərində korrupsiya və "çirkli pullar"ın yuyulmasında şübhəli şəxs kimi saxlanılıb.

Belçika Federal Prokurorluğu da Henrotayın polis tərəfindən tutulduğunu və hazırda nəzarətdə olduğunu təsdiqləyib. Polis onunla əməkdaşlıq edən daha bir şəxsi dindirir. Maraqlıdı ki, polislər Monako və Londondakı axtarışlardan sonra Henrotayın izinə düşə bilib.

O, "Anderlext" klubu və Belçika Futbol Federasiyası ilə bağlı ittihamlarda günahlandırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest