"Milan" əfsanəvi futbolçusu Paolo Maldininin oğlu Daniel Maldinini komandada saxlamaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "rossonyerlər" gənc oyunçuya yeni müqavilə təklif edib.

Bu yay B seriyası komandaları 17 yaşlı yarımmüdafiəçini icarəyə götürməyə çalışsalar da, Milan təmsilçisi buna razılıq verməmişdi. Klub rəhbərliyi Danielin əsas komandanın hazırlıqlarında iştirak edərək təcrübə toplamasını istəyir.

Qeyd edək ki, Daniel Maldini hazırda "Milan"ın U-19 komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest