İngiltərənin "çelsi" klubu futbolçusu Billi Gilmorun müqaviləsinin müddətini uzadıb. Matc.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2017-ci ildən "çelsi"də çıxış edən Gilmor, bu mövsüm Premyer Liqada debüt edib. "Reyncers" klubunun yetirməsi olan yarımmüdafiəçi, 19 yaşadək futbolçulardan ibarət Şotlandiya millisinin də formasını geyinir.
 
Gilmorun əvvəlki müqaviləsinin müddəti 2021-ci ilə qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest