Futbol üzrə Avstriya 2-ci liqasında 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt "Austria"sı da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda Lustenau "Austria"sı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
 
Barış da bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.
 
"Austria" hazırda 15 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest