Türkiyənin "Qalatasaray" klubunun bu yay heyətinə qatdığı Mario Leminanın ötən gün "Kasımpaşa"ya qarşı keçirilən debüt matçında erkən əvəzlənməsinin səbəbi müəyyənləşib. Matc.az xəbər verir ki, İngiltərənin "Sauthempton" klubundan 1 illik icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi yeni komandasında ilk matçına çıxsa da, artıq 25-ci dəqiqədə əl işarəsi ilə əvəzlənməsini istədi.
 
Bundan 5 dəqiqə sonra isə məşqçilər korpusu onu ömər Bayramla əvəzləmək məcburiyyətində qaldı.  
 
Qarşılaşmadan sonra futbolçu zədə almadığı halda, erkən əvəzlənməsinin səbəbini belə izah edib: "İndi yaxşıyam. Sadəcə, oyun zamanı belə şeylər ola bilir. Mədəm bulandığına görə meydanı tərk etmək məcburiyyətində qaldı. Hazırda heç bir problemim yoxdu, hər şey qaydasındadı".
 
Qeyd edək ki, "Qalatasaray" bu oyunda digər debüt edən yeni transferi Radamel Falkaonun vurduğu yeganə qol sayəsində qələbəyə sevinib – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest