İspaniya La Liqasının 5-ci turu çərçivəsində "Levante"ni qəbul edəcək "Real"ın baş məşqçisi Zinəddin Zidan münasibətlərinin qaydasında olmadığı bildirilən Qaret Beyllə bağlı açıqlama verib. Matc.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis Uels millisinin üzvü ilə probleminin olmadığını söyləyib:
 
"Hər zaman dediyim kimi, o, inanılmaz keyfiyyətlərə sahibdi. Yayda baş verənləri hər kəs bilir. Beyl komandada olduğu üçün xoşbəxtəm. Klub da, onun özü də, eyni zamanda azarkeşlər də xoşbəxtdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest