"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın 11 oyunluq qələbə seriyasının qırılmasının ardından "topçular" İngiltərə Premyer Liqasında ardıcıl ikinci dəfə büdrəyib. Matç.az saytı xəbər verir ki, XI turda lider "Liverpul"la bərabərlik Britaniya mətbuatında böyük müzakirə mövzusu olub.

Həmkarlarımız Unay Emerinin yetirmələrinin uzun fasilədən sonra ilk ciddi sınağa çıxdığını və məğlubiyyətdən son anda qurtulduğunu vurğulayıblar. Yerli KİV "kanonirlər"in evdə xal itirməsini normal hesab edir: "Arsenal"ın ardıcıl qələbələrindən sonra hər kəs onların oyunundan yenə zövq alacağını düşünürdü. Lakin belə olmadı. Bu, fərqli bir test idi: "Arsenal" boşluqlardan məharətlə yararlanmağı bacaran, özündən güclü rəqiblə qarşılaşırdı. "Fulhem", "Brendfort", "Qarabağ", "Vorskla" və "Vest Hem" əyləncəli olsa da, "Liverpul" çox fərqli idi. Bu dəfə həyatda qalmaq üçün hər zamankından daha sürətli, güclü və kəskin olmaq tələb olunurdu".

Qeyd edək ki, dünənki qarşılaşmada "Liverpul" hesabı açsa da, "Arsenal" Aleksandr Lyakazettin 82-ci dəqiqədə vurduğu qol sayəsində məğlubiyyətdən qurtulub – 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest