Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci tura start verilib. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.

Açılış oyununda "Liverpul" doğma azarkeşləri qarşısında "Nyukasl"ı qəbul edib və inamlı qələbəyə sevinib.

Bu turda "Mançester Yunayted" "Lester"lə üz-üzə gəlib və minimal hesabla üstün olub. "Mançester Siti" isə "Norviç"lə qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşib.

Mövsümə uğursuz start verən "çelsi" səfərdə "Vulverhempton"un qonağı olub və darmadağına sevinib. "Tottenhem" də turu böyükhesablı qələbəylə başa vurub.

İngiltərə Premyer Liqası
5-ci tur

14 sentyabr

Liverpul – Nyukasl 3:1
Qol: Mane, 28; 40. Salah, 72 – Villems, 7.

Brayton – Bernli 1:1
Qol: Maupay, 51 – Hendrik, 90+1.

Mançester Yunayted – Lester 1:0
Qol: Reşford, 8-pen.

Şeffild Yunayted – Sauthempton 0:1
Qol: Djenepo, 66.

Tottenhem – Kristal Pelas 4:0
Qol: S.H.Min, 10; 23. Aanholt, 21-öz qapısına. Lamela, 42.

Vulverhempton – çelsi 2:5
Qol: Abraham, 69-öz qapısına. Kutrone, 85 – Tomori, 31. Abraham, 34; 41; 55. Mount, 90+6.

Norviç – Mançester Siti 3:2
Qol: Maklin, 18. Kantuell, 28. Pukki, 50 – Aquero, 45. Rodri, 88.

15 sentyabr

17:00 Bornmut – Everton
19:30 Uotford – Arsenal

16 sentyabr

23:00 Aston Villa – Vest Hem

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest