Futbol üzrə Lüksemburq çempionatında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Düdelanj" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Hostert"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
"Düdelanj" hazırda 4 xalla 14 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
 
"Qarabağ"ın "Düdelanj"la ilk oyunu oktyabrın 3-də səfərdə, cavab görüşü isə dekabrın 12-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest