"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıtmağa hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli forvard "Milan"la danışıq aparır.

Müzakirələr davam etsə də, tərəflər hələlik müqavilənin müddətində razılığa gələ bilməyiblər. 37 yaşlı superulduz il yarımlıq müqavilə bağlamaq niyyətindədi. "Rossonyerlər" isə yanvarda onunla 6 aylıq sözləşmə imzalamaqda maraqlıdılar. Razılıq əldə olunsa, İbranın illik maaşı 1,5 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest