Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Padideh"lə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlub ayrılıb – 0:1.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu gün səfərdə "Zobahan"la qarşılaşacaq.
 
"Maşinsazi" hazırda 3 xalla 16 kollektiv arasında 9-cu, "Traktor" isə 4 xalla 6-cıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest