Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "çayka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
 
"Ximki" 13 turdan sonra 30 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest