Türkiyə PTT I liqasında XI turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ufuk Budakın formasını geyindiyi "Boluspor" bu turu səfərdə keçirib.

Bolu təmsilçisi "Karabükspor"un qonağı olub. Hər hissədə bir qol vuran Budakın komandası meydanı 2:0 hesablı qələbə ilə tərk edib. Milliləşdirilmiş futbolçu 90 dəqiqəni əvəz edilmədən keçirib.

Bu nəticədən sonra xallarının sayını 26-ya yüksəldən "Boluspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest