İngiltərə Premyer Liqasının XI turunda "Bornmut"un qonağı olan "Mançester Yunayted" son dəqiqələrdə vurduğu qol sayəsində 2:1 hesablı qələbə qazanıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna baxmayaraq, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo komandasından narazılıq bildirib.

Qarşılaşmadan sonrakı mətbuat konfransında portuqaliyalı mütəxəssis bəxtlərinin gətirdiyini etiraf edib: "Fasilədə düşündüm ki, Premyer Liqanın ən bəxtli baş məşqçisi mənəm. Hesab 1:1 yox, 2:5, 2:6 da ola bilərdi. Bəxtimiz gətirdi. Meydanda zəif görünürdük, müdafiə isə qorxunc durumda idi. Azarkeşlər həftə ərzində sərt məşq keçdiyimizə inanmırlar. Birinci hissə katastrofa idi".

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest